Mehdi Hüseynzadənin 100 illik yubileyi
Məktəbimizdə Azərbaycanın Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilir. Bu tədbirlərdən biri də əfsanəvi partizanın ömür və döyüş yolunu əks etdirən fotostenddir.
Hazırlanan fotostend məktəbimizin şagirdləri tərəfindən maraqla qarşılanıb, onlarda hərbi vətənpərvərlik ruhunu daha da gücləndirib. Silsilə tədbirlər məktəbdə davam etdirilir.