“Dəyirmi masa”

7C sinfində 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş gününə aid “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da məktəbimizin 7C sinif şagirdləri və fənn müəllimləri iştirak ediblər. “Dəyirmi masa”da çıxış edən şagirdlər Konstitusiyamızın yaranma tarixi haqqında müfəssəl məlumat veriblər. Şagirdlər bildiriblər ki, Azərbaycan Respublikasının birinci Konstitusiyası 1921-ci il mayın 19-da Ümumrusiya Sovetlər qurultayında qəbul edilmişdir. Respublikamız öz müstəqilliyinə qovuşduqdan sonra 1994-cü ildə Ümummilli liderimiz H.Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə müzakirəyə qoyularaq, 1995-ci il noyabrın 12-də qəbul edildi. Uzaqgörən müdrik rəhbərin sərəncamı ilə həmin gün Konstitusiya günü elan edildi. Konstitusiyamıza əlavə edilən bir sıra yeniliklər Azərbaycan Respublikasında gedən demokratik dəyişikliklərin nəticəsidir.

Daha sonra 17 Noyabr Milli Dirçəliş günü haqqında məlumat verilib. Şagirdlər müzakirə və diskussiya ilə bu günün əhəmiyyətindən danışıblar. Tədbirin sonunda hər iki əlamətdar gün haqqında slaydlar izlənilib. Belə tədbirlər şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox əhəmiyyətlidir.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi