“Bayraq günü” ilə bağlı tədbir

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.

Noyabrın 7-də məktəbdə “Bayraq günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbimizin şagirdləri, valideynləri və müəllim heyəti iştirak ediblər. Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Bu bayramın keçirilməsinin vacibliyi, bir daha dövlətçiliyin var olmasını, atributların mahiyyətini şagirdlərimizin diqqətinə çatdırmaq idi. Tədbirimiz şagirdlərin rəqsləri, mahnıları ilə çox şən və bayram əhval ruhiyyəsi ilə başa çatıb.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi