“Gənclər günü” nə həsr olunmuş dəyirmi masa

Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. 1998-ci ildə Lissabonda keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb. 2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin 2 fevralında keçirilmişdir. 1997-ci ildən fevralın 2-si ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Gəncləri Günü” elan olunub. Nəsimi rayon İcra Hakimiyyətinin Gülüstan Sarayında keçirdiyi “Gənclər günü “ nə həsr olunmuş tədbirdə məktəbin X-XI sinif şagirdləri iştirak etmişdi. Nəsimi rayonu Y.Mirzəyev adına 44 saylı orta məktəbdə də “Gənclər günü”nə aid dəyirmi masa keçirildi.Dəyirmi masada X-XI sinif şagirdləri iştirak etdilər. Şagirdlər əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursu bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müzakirə etdilər. Onlar ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını qeyd etdilər,bu qayğını dərin ehtiram hissi ilə xatırlamalarını bildirdilər. Sonda fəal şagirdlər Fəxri Fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi