“Müstəqilliyimiz əbədidir” mövzusunda “Dəyirmi masa” keçirilib

Oktyabrın 19-da məktəbimzdə “Müstəqilliyimiz əbədidir” mövzusunda “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa” 9A sinif şagirdlərinin təşəbbüsü ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Mircavid müəllim müstəqilliyimizin qanlar bahasına əldə olunmasından, xalqımızın qəhrəmanlıq tarixindən danışıb. Ulu öndərimiz H.Əliyevin bu yolda apardığı mübarizə şagirdlər tərəfindən xüsusilə vurğulanıb. Xalqımızın ümummilli lideri H.Əliyev demişdir: “Müstəqilliyi qorumaq əldə etməkdən çətindir.

”Müstəqilliyimizin 27-ci ildönümü xalqımızın həyatında müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın dünya şöhrətli prezidenti İ.Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət Müstəqil Azərbaycanı dünya arenasında bir günəş kimi partlatmışdır.

Şagirdlərin apardığı diskussiya, dedikləri şeirlər “Dəyirmi masa”nı daha da maraqlı edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi