“Ədəbi irsimizi öyrənək adlı” kitabxana günü

Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə “Ədəbi irsimizi öyrənək adlı” 9,10,11-ci sinif şagirdləri arasında kitabxana günü keçirildİ. Şagirdlərimizin ədəbi irsimizə münasibəti və mütailəri məktəb kollektivinin, müəllimlərin dərin marağına səbəb oldu. Son illərdə Respublikamızda baş verən ictimai siyasi hadisələri, həyata keçirilən demokratik tədbirləri, şagirdlər əbədi irsimizlə müqayisəli şəkildə müzakirə etdilər. Keçmişdə şairlərin, yazıçıların əsərlərini, poemalarını, şeirlərini bu günkü dövrün mövcud məsələləri ilə uyğun şəkildə müqayisə etdilər. Şagirdlər Nizamini ,Füzulini əbədi irsimizə örnək bilərək ``Leyli və Məcnun``əsərindən bir parça şeiri müzakirə edərək səxavəti can qoruyan bir qala adlandırmışdılar.Dostluğu səndən yox, itdən gördüm mən İt bilən hörməti ayaqladın sən. İt sənə dost olar bir sümük atsan, Namərd qədir bilməz olsanda qurban. Şagirdlər bu şeir parçasında həqiqi dostluğun, xeyirxahlığın, humanizmin, düzlük və durüstlüyün nə olduğunu müzakirə edərək , əbədi irsimizlə müqayisəli təhlil etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi