12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” adlı sərgi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15393436795bc0853faf3789.49600110.jpg)
Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçirilib. Sərgidə məktəbin direktoru Leyla Baxşıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova, sinif rəhbəri Xatirə Müseyibova və şagirdlərimiz iştirak ediblər.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Bu təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan platformalardan olduğu üçün şagirdlər tərəfindən maraqla qarşılanıb.