Məktəbdə məktəbəhazırlıq qrupu məşğələlərə başlayıb

Oktyabrın 1-də məktəbimizdə məktəbəhazırlıq qrupu məşğələlərə başlayıb. Balaca fidanlar məktəbə çox həvəslə gəliblər. Uşaqlardan kimisi şeir söyləyib, kimisi mahnı oxuyub, kimisi sayıb, gördükləri, eşitdikləri haqqında danışıb.

Bu məşğələlər məktəbəqədər yaşlı uşaqların birinci sinifdə keyfiyyətli təhsil almaları üçün zəmin yaradır. Onların təhsil almaları üçün əsas idraki prosesləri, ilkin bacarıqları formalaşdırır. Gələcək məktəblinin idraki fəallığını, intelektual səviyyəsini, əməkdaşlıq vərdişlərini, müstəqilliyini, məntiqini formalaşdırır.

Balaca balalar, sizə uğurlar arzulayırıq!  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi