Məktəbdə “Sülh Günü” adlı tədbir keçirilib

21 sentyabr tarixini bütün dünya Sülh Günü kimi qeyd edir. Dünyamızın siyasi vəziyyəti belə bir günün bayram edilməsini daha da zəruriləşdirir. Hal-hazırda bizim xalqın da məramı nə qədər sülhsevər olduğumuzu bütün cahana nümayiş etdirməkdir. Bu məqsəd uğrunda hər bir Azərbaycan vətəndaşı əlindən gələni əsirgəməməlidir

Məktəbin 2-ci sinif şagirdləri də bu məsələdə kənarda qalmamışlar. Məktəbimizin ikinciləri sentyabrın 21-də “Sülh Günü” adlı tədbir hazırlayıblar. Tədbirdə bu günün tarixi mahiyyəti, Azərbaycan xalqının nə dərəcədə sülhsevər bir millət olması tam şəkildə sərgilənib. Uşaqların çıxışları, rəqsləri, söylədikləri şeirlər sülh tərəfdarı olduğumuzun tam təsdiqi idi.

Tədbir məktəb rəhbərliyi, müəllim və şagird heyəti tərəfindən maraqla izlənilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi