Məktəbimizdə "Son zəng"

2017-2018-ci il tədris ili 44 nömrəli tam orta məktəb üçün uğurlu bir il olub. Məktəbimizi 34 nəfər məzun bitirib. Son zəng mərasimi məktəbin geniş və yaraşıqlı meydanında keçirilib. Şagirdlərimiz şəhid Yusif Mirzəyevin büstünün qarşısında dayanaraq baş əyiblər, gül-çiçək dəstələri qoyublar.

Daha sonra Son zəng mərasimini məktəbin direktoru Leyla Baxşıyeva açıb. Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Rauf İsgəndərov şagirdlərimizə Vətənimizin uğurlarından, Azərbaycan Respublikasındakı quruculuq işlərindən, Respublika Prezidenti İlham Əliyevin yeritdiyi böyük daxili və xarici siyasətdən danışıb.

Daha sonra XIA və XIB sinif şagirdləri bir-birindən maraqlı şeir söyləyib, rəqs edib və müəllimləri təbrik ediblər. Çalınan Son zəngin sədaları altında mərasim başa çatıb.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi