20 Yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri

Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə 19 yanvar 2016- cı il tarixində 20 Yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirildi.Tədbir məktəbin həyətindən başladı.Şagirdlər Azərbaycanın milli qəhrəmanı Yusif Mirzəyevin büstü qarşısında himn oxuyaraq,qərənfil dəstələri qoyub,məktəbin foyesinə daxil oldular.Foyedə qərənfillə “20 Yanvar”yazılmış,şəhidlərin bütün faciəsini özündə əks etdirən stendlər asılmış bir səhnə hazırlanmısdır.Bu səhnənin qarşısında I sinifdən XI sinfə qədər ,bütün şagirdlər,əllərindəki qərənfillə şəhidlərinin ruhunu şad edərək,baş əyib keçdilər.Sonra tədbir məktəbin akt zalında davam etdi.Məktəbimizin şagirdlərinin söylədiyi şeirlər,dedikləri ağılar,oxuduqları mahnılar hər bir şagird və müəllimi göz yaşına boğdu.Nəhayət,tədbirin sonunu nikbin notlarla yekunlaşdıraraq,şəhidlərimizin bizə ərmağan etdiyi,müstəqil Azərbaycanımızın şərəfinə “Yaşa odlar yurdu,Azərbaycan”mahnısı ilə sona çatdırdıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi