1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"

1 İyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Bu əlamətdar gün dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Ənənəyə sadiq qalaraq bu bayram ərəfəsində məktəbimizdə də bir canlanma var idi. İbtidai sinif müəllimi Şəhla Bağırova rəhbərlik etdiyi 1A sinfinin şagirdləri ilə birlikdə təhsil aldıqları tədris ocağındakı bütün uşaqları bu gün münasibətilə təbrik ediblər. Yaşlarının az olmasına baxmayaraq, yüksək səviyyədə profesionallıq nümayiş etdiriblər. Onların müxtəlif milli geyimlərdə çıxışları bir daha sübut edib ki, bu məktəb milli ənənələrin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində düzgün istiqamət seçib. Birincilər müxtəlif xarici dillərdə öz həmyaşıdlarını təbrik ediblər. Nümayiş olunan səhnəciklər həm məktəb heyətinin, həm də gələn qonaqların marağına səbəb olub.

Tədbirdə həmçinin birincilərin artıq hərflər və rəqəmlərlə tanışlığının da başa çatdığı vurğulanıb. Şagirdlərin bununla qürur duyduqları açıq - aşkar hiss olunubdu. Elə bu münasibətlə də məktəbin XI sinif şagirdləri öz balaca dostlarını təbrik ediblər.

Burada diqqət çəkən hissələrdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli surətdə qeyd olunması olub. Bu məktəbdə vətənpərvərlik hisslərinin uşaqlara necə dərindən aşılanması hər kəsdə qürur hissi oyadıb.

Tədbirin sonunda məktəbin direktoru Leyla Baxşıyeva öz çıxışında əldə olunan nailliyyətlərdən bəhs edib. O, müxtəlif yarış və müsabiqələrdə qalib gəlmiş yetirmələrini hədiyyələrlə və diplomlarla təltif edib.

İstər   uşaqlar, istərsə də böyükər bu tədbirdən ruh yüksəkliyi ilə ayrılıblar. Ümid edirik ki, belə möhtəşəm tədbirlərin sayı daha da çox olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi