20 Yanvar - Şərəf və Qürur Günümüz !

Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar dəyirmi masa və bədii qiraət keçirildi.Məktəbin dil-ədəbiyyat,tarix və hərbi dərsi tədris edən müəllimlər dəyirmi masada iştirak edərək şagirdlərə bu hadisələrin mahiyyətini və xalqın yaddaşında buraxdığı izlər haqqında məlumatlar verdilər.20 Yanvar hadisələri,xalqımız üçün həm qanlı,həm də şanlı bir tarixi hadisə olduğu geniş müzakirə olundu.Masa iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərimizi yad etdilər.Məktəbin foyesində isə şagirdlər söylədikləri şeirlər ilə şəhidlərin ruhunu bir daha yad etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi