Məktəbdə görüş keçirilib

Mayın 30-da məktəbimizdə mədəniyyət işçisi, kitabxana – bibloqrafiya sahəsində, publisistikamız və respublikamızın ictimai işlərində müstəsna xidmətləri olan İradə Əlili, Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri Rumiyyə xanım Məmmədova ilə görüş keçirilib.

Gənclərimizdə milli – mənəvi dəyərlərə hörmət, vətənpərvərlik və torpağa, dövlətimizə məhəbbət hissi aşılayan bu görüşün çox böyük əhəmiyyəti olub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Baxşıyeva şagirdlərimizə belə görüşlərin əhəmiyyətindən danışıb.

Daha sonra İ.Əlili özünün kitabları haqqında şagirdlərə məlumat verib. Şairə Qarabağa həsr edilmiş əsərlərindəki şəhid və qazilərimizin mənalı ömür yolları barədə ətraflı məlumat verib.

Müxtəlif mövzularda yazılan şeirləri ədibin özü və şagirdlərimiz tərəfindən səsləndirilib. Daha sonra şagirdlər hər iki xanıma müxtəlif suallarla müraciət ediblər.

Görüşün sonunda xatirə şəkilləri çəkilib. İradə Əlili öz kitablarını məktəbimizə hədiyyə verib.     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi