Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir

Mayın 24-də “Tədbirlər planına uyğun olaraq “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü-Respublika Günü” ilə əlaqədar  məktəbdə ədəbi-bədii kompozisiya təşkil edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən tədris işləri üzrə direktor müavini Tamilla Xankişiyeva 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik, dövlətçilik ənənələrinin Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını vurğulayıb.Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra  şagirdlərin iştirakı ilə AXC-nin ilk himni səslənib, şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar nümayiş edilib. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları, rəqsləri və vətənpərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi