Hərbidən təlxis olunmuş əsgərlərlə görüş

Bakı şəhəri Nəsimi rayonu 44 saylı orta məktəbdə Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Komitəsinin Nəsimi rayon İdarəsinin dəstəyi ilə hərbi xidmətdən buraxılmış əsgərlərimizlə orta məktəbin yuxarı sinif şagirdlərinin görüşü olmuşdur. Tədbirdə rayonumuzun hərbi komissarlığının nümayəndələri və icra başçısının müavini Yavər Allahverdiyev iştirak etmişdir.Tədbiri məktəbin direktoru Samirə xanım Əkbərova açaraq əsgəri xidmətlərini layiqincə yerinə yetirmiş vətən oğullarına gələcək həyatlarında ugurlar arzulamış və onlar sayəsində vətən torpagında daim sülh və sakitçilik olduğu üçün onlara təşəkkür etmişdir. İcra başçısının müavini Yavər Allahverdiyev və Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Komitəsinin Nəsimi rayon İdarəsinin rəisi polkovnik leytenant Kənan Məmmədov çıxış etmişdir. Nümayəndələr tərəfindən hərbi biletlər çox yüksək alqışlarla təxlis olunmuş əsgərlərə təqdim edilmişdir.Hətta əmək birjalarından dəvət olunmuş nümayəndələr gənc əsgərlərə iş yerləri də təqdim etmişlər.Tədbir yüksək səviyyədə keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi