Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anadan olmasının 60 illiyi

Nəsimi rayonu 44 tam orta məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anadan olmasından 60 il keçir. Bu məqsədlə məktəbimizin bütün siniflərində onun haqqında söhbətlər aparılıb. Şagird və müəllim kollektivi məktəbin həyətində yerləşən Y.Mirzəyevin büstünü ziyarət ediblər. Şəhidin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.  Şagirdlər gül dəstələrini büstün önünə düzüb, vətənpərvərlik haqqında şeirlər deyib, Y.Mirzəyev haqqında xatirələr səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi