20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi ilə əlaqədar rəsm müsabiqəsi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Nəsimi rayonundakı 44 saylı məktəbdə də hər il oldugu kimi bu il də 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd olunması ilə əlaqədar rəsm müsabiqəsi keçirildi.Müsabiqədə şagirdlərin faciəni özündə əks etdirən rəsmlərin nümayişi keçirildi və qanlı faciənin şagirdlərin gözü ilə rəsmlərdə təcəssümü haqqında söhbətlər aparıldı.Müsabiqənin qalibləri mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi