Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə ədəbiyyat fənnindən açıq dərs keçirilib.

Bakı şəhəri Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin 8C sinfində ədəbiyyat fənnindən M.P. Vaqifin “Hayıf ki, yoxdur...” əsərinin təhlili üzrə açıq dərs keçirildi. Dərs şagirdlərin Kür çayı və onun ətraf ərazilərinin bugünkü vəziyyətinin təqdimatı ilə başladı. Şagirdlər dövlətimizin bölgələrə olan qayğısını, gedən abadlıq və quruculuq işlərini slaydla təqdim edib, keçmişimizi bu günümüzlə müqayisə etdilər. Daha sonra standartda nəzərdə tutulmuş tələblərə əsasən şeirin təhlili üzərində iş aparıldı. Qarabağ tarixi, M.P. Vaqifin ictimai xadim kimi göstərdikləri xidmətlər dərsdə işıqlandırıldı. Musiqili ədəbi kompozisiya ilə Şuşa faciəsi göstərildi. Hərbi vətənpərvərlik ruhu, itirilmiş torpaqlarımız üçün mübarizə öz əksini tapdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi