Məktəbdə “Oxu günü” münasibətilə tədbir keçirilib

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə vərdişlərinin  formalaşdırılması  ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə əsasən məktəbimizdə “Oxu günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Leyla Baxşıyeva şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin  zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin  genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində bədii mütaliənin rolunun əvəzsiz olduğunu qeyd edib.

Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova qeyd edib ki, qloballaşma qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdə milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqda, xalqlararası münasibətləri formalaşdırmaqda da mütaliə əvəzsiz təsir gücünə malikdir.

Daha sonra məktəbin dram dərnəyinin üzvləri M.Ə.Sabirin “ Nədamət və şikayət” əsərinin əsasında səhnəcik nümayiş etdiriblər. 6B sinif şagirdlərinin “Kitabların əhəmiyyəti” səhnəciyi isə şagirdlərimiz tərəfindən rəğbətlə qarşılanıb. Bir sıra siniflərin oxuduqları bədii əsərlər əsasında müzakirələr aparılıb.      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi