31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü

31 dekabr Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən-günə daha da vüsət alır və Azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır.Bakı şəhəri Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə bu gün xüsusi qeyd olunub.Dünyada yaşayan azərbaycanlıların həmrəyliyi üçün ayrı-ayrı dünya xalqlarının milli adət-ənənələrini,rəqslərini əks etdirən geyimlərlə,mahnılarla ,rəqslərlə öz sevgilərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi