“Karbon turşularının kimyəvi xassələri” mövzusunda açıq dərs

Bakı şəhəri Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə növbəti açıq dərs 11A sinfində kimya fənninndən “Karbon turşularının kimyəvi xassələri” mövzusunda oldu. Açıq dərsin məqsədi Karbon turşularının ümumi və xüsusi xassələrini şagirdlərə mənimsətmək idi.Qrup və kollektiv şəkildə aparılan dərsdə qruplar tapşırıqları icra etdikdən sonra onların işi lövhədən asıldı. Qrup lideri tərəfindən təqdim olundu. Hər qrupun işi müzakirə olundu, qiymətləndirildi. Hər qrupun təqdimatını digər qruplar da qiymətləndirdi. Açıq dərsdə məktəbin direktoru S.Əkbərova, direktor müavini T.Xankişiyeva, sinif rəhbəri T.Abuşeva, kimya-biolgiya müəllimləri S.Əliyeva və E.Şamilova, fizika müəllimləri G.Tağıyeva və G.Mustafayeva iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi