1918-ci il azərbaycanlıların soyqırımına həsr olunmuş “dəyirmi masa”

Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar olmuşlar. “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkrli məqsədlərini həyata keçirməyə çalışmışlar. 1918- ci ilin mart-aprel aylarında da belə olmuşdur. Sovet Rusiyasına arxalanan erməni daşnakları tarixə 31 Mart soyqırımı kimi daxil olan qırğınlar törətmişlər.

Məktəbin IXA sinfində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” təşkil edilib. Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərə bu tarixi hadisələrlə bağlı məlumat vermək, onların bu hadisələrə qarşı münasibətlərini öyrənmək idi.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi