1918-ci il azərbaycanlıların soyqırımı
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15223241085abcd28cb87f61.55867329.jpg)
Tarixdə çox döyüşlər, müharibələr olmuşdur. Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olub. Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, yer üzündən silmək məqsədini güdən müharibələrdir. “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmiş, bu gün də getməkdədir.
Martın 28-də məktəbin 2A sinfində 1918-ci il azərbaycanlıların soyqırımı ilə əlaqədar bədii film nümayiş olunub. Filmdə erməni vəhşiliyinin türk xalqına qarşı çox amansız bir düşmən olduğu əyani şəkildə göstərilib. Şagirdlər bu faciə haqqında öz düşüncələrini bölüşüblər.