Milli Qəhrəmanımız Əliyev Mikayıl Atababa oğlu

    Məktəbimizin şagirdləri Novruz xonçası hazırlayaraq Milli Qəhrəmanımız Əliyev Mikayıl Atababa oğlunun anasını ziyarət etməyə gediblər. Uşaqlar ana ilə qəhrəmanın adına qoyulmuş büstün qarşısında görüşüblər. Anaya kömək edib, təmizlik işi aparıb, bulağın ətrafını rəngləyib, büstün qarşısına səməni, qərənfillər düzüb, şəhidimizin ruhunu, ananın isə qəlbini şad ediblər. Ana şagirdlərimizə çox sağ ol deyib, məktəbin pedaqoji koolektivinə öz təşəkkürünü bildirib. Məktəbimizin şagirdləri mütəmadi olaraq xeyirxah işlərlə məşğul olur, yol keçərkən yaşlılara kömək edir, ehtiyacı olan insanlardan heç vaxt köməklərini əsirgəmirlər. Biz bu cür şagirdlərlə həmişə qürur duyur, onları tərifnamələrlə təltif edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi