“Riyaziyyat-gözəlliklər dünyası” adlı riyaziyyat gecəsi

Martın 16-da fəaliyyət planına əsasən məktəbin akt zalında riyaziyyat aylığının yekunu olaraq V-XI  sinif şagirdlərinin iştirakı ilə “Riyaziyyat-gözəlliklər dünyası” adlı riyaziyyat gecəsi keçirilib. Tədbir XB sinif şagirdlərinin çıxışı ilə açıq elan edilib. Riyaziyyat, poeziya, incəsənət həvəskarları maraqlı çıxışlar ediblər. “Riyaziyyat elmlərin şahıdır” fikri şah tərəfindən şeir vasitəsilə dinləyicilərə təqdim edilib. Musiqi notlarının Pifaqor tərəfindən təyin edilməsi, həyatın hər bir sahəsində, Leonardo da Vinçinin əsərlərində, qədim piramidaların qurulmasında və s. “Qızıl bölgü”nün yeri olması şagirdlər tərəfindən maraqlı faktlarla çatdırılıb.  

Şagirdlər “Ədədlərin bəhsi”, “Həndəsi qurultaylar”la çıxış ediblər. Qədim memarlıq nümunələrindən olan Mömünə Xatun türbəsi, Qız qalası, Şuşa qalası, Əlincə qalasının riyazi qayda-qanunla inşası və tarixdəki rolu göstərilib. Nizami Gəncəvi, Ömər Xəyyam və s. yaradıcılığında riyaziyyat və onların şeirlərindən nümunələr söylənilib. “Yeddi gözəl” əsəri rəqs və şeirlərlə ifa olunub. “Loqolar” haqqında məlumat verilərək, Heydər Əliyev Fondunun loqosundakı işarələr açıqlanıb. Ulu öndər H.Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” video çarxı göstərilib. Şagirdlər “Yallı rəqsi” ilə tədbiri yekunlaşdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi