Novruz bayramı ilə əlaqədar divar qəzetinin təşkili

Martın 16-da məktəbdə Novruz bayramı ilə əlaqədar divar qəzetinin təşkilinə start verilib. Hər bir sinif öz yaş həddinə uyğun olaraq, Novruza aid rəsmlər çəkməklə öz ürək sözlərini və adət-ənənlərimizi qəzetdə əks etdiriblər. Qəzetin təşkilatçıları məktəb rəhbərliyi tərəfindən tərifnamələrlə təltif edilib. Məktəbin direktoru Leyla Baxşıyeva şagirdlərimizə və müəllimlərimizə Novruz bayramı ilə əlaqədar öz təbrikini çatdırıb.