Beynəlxalq Mülki Müdafiə Günü

Məktəbdə 1 Mart “Beynəlxalq Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilib. Beynəlxalq Müdafiə Təşkilatının qərarı ilə elan ounmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd olunur.  Azərbaycan bu nüfuzla 1993-cü ildə beynəlxalq təşkilata üzv olub. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Bununla əlaqədar məktəbimizdə də mütəmadi olaraq şagirdləri təlimatlandırmaq üçün dəyirmi masalar, nəzəri və praktiki dərslər təşkil edilib. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlığını lazımı qədər qiymətləndirməkdir.

1 Mart tarixində məktəbin həyətində şərti yanğın vəziyyəti yaradılıb. Şagirdlər həyəcan siqnalı verməklə bu vəziyyətdən çıxışı nümayiş etdiriblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi