Məktəbdə humanitar fənlər üzrə açıq dərslər keçirilib
Fevralın 27-də “Təlimə Dəstək Mərkəzi”nin tərtib etdiyi qrafik üzrə məktəbimizdə humanitar fənlər üzrə açıq dərslər keçirilib. Açıq dərslər VIA, VIB, VIIIA, XB siniflərində keçirilib. Dərslər bitdikdən sonra ümumi müşavirə zalında geniş müzakirə aparılıb. Hər bir dərs ayrı-ayrı müzakirə olunub. Müzakirədə Nəsimi rayonunun müxtəlif rayonlarından gələn fənn müəllimləri fəal iştirak ediblər. Ümumilikdə dərslərin müsbət və mənfi cəhətləri qeyd olunub. Açıq dərs aparan müəllimlərə müxtəlif səpkili tövsiyyələr verilib. Nəticədə isə hər 4 dərs bəyənilib.