“Xocalı soyqırımının 26-cı ildönümü” ilə əlaqədar "Xocalı harayı" adlı tədbir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15196433475a93ead3808310.50631892.jpg)
Fevralın 26-da məktəbin 2A sinif müəllimi Elmira Cəbiyeva və 2B sinif müəllimi Xatirə Qurbanova öz sinif şagirdləri ilə birlikdə “Xocalı soyqırımının 26-cı ildönümü” ilə əlaqədar "Xocalı harayı" adlı tədbir keçiriblər. Tədbir əsasən Xocalıda baş verən müsibətləri canlandırıb, şagirdlər öz həssas qəlbləri ilə həmin anları bir daha yaşayıblar. Səhnənin dekorasiyası, uşaqların geyimi, çox dəqiqliklə hazırlanıb. Tədbir başa çatdıqdan sonra məktəbin direktoru Leyla Baxşıyeva, təlim-tərbiyə işləri üzrə diektor müavini Tamilla Xankişiyeva çıxış ediblər. Onlar şagirdlərin əziyyətini layiqincə qiymətləndiriblər.