“Xocalı qan yaddaşımızdır” adlı film

    Fevralın 21-də məktəbdə “Xocalı qan yaddaşımızdır” adlı film nümayiş olunub. Şagirdlər Xocalıda baş vermiş faciəni çox  həyəcanla izlədikdən sonra göz yaşlarına hakim ola bilməyiblər. Onlar arasında əslən Xocalıdan olan şagirdlər olub. Bu şagirdlər Xocalıda dünyaya gəlməsələr də ana və atalarının verdiyi məlumat və müsibətləri ürəkağrısı ilə həmyaşıdlarına  həyəcan və göz yaşlarını saxlaya bilməyərək danışıblar. Bu müsibət təkcə Xocalıların yox, bütün Azərbaycan xalqının ümumi dərdi olduğuna görə hər birimiz 26 ildən sonra yenə də bu acını yaşamaq məcburiyyətində olduq. Məktəbin direktor müavini Qönçə Cəfərova şagirdlərə filmin bütün detallarını izah edib və hərtərəfli məlumatlandırıb. 45 dəqiqəlik film hər bir kəsin Xocalı haqqında bütün təəssüratlarını yeniləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi