“Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə” əlaqədar sərgi

Fevralın 20-də məktəbdə “Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə” əlaqədar geniş sərgi keçirilib. Şagirdlər sərgidə Xocalı haqqında keçirdiyi hissləri və görüb-eşitdiklərini əl işləri ilə əks etdiriblər. Sərgidə şagirdlərin çəkdikləri dəhşətli rəsmlər və əl işləri nümayiş olunub. Hər bir rəsm faciəli Xocalı hadisələrini özündə bütün detalı ilə müəllim və şagirdlərə yenidən yaşadıb və mənfur erməni millətinin vəhşiliyini, Azərbaycan millətinə qarşı qəddarlığı haqqında tarix müəllimləri geniş məlumatlar veriblər. Məktəbin direktoru Leyla Baxşıyeva rəsm çəkən şagirdlərə xüsusi təşəkkürünü bildirib, bu qisasın yerdə qalmayacağını söyləyib və 1 dəqiqəlik sükutla Xocalı soydaşlarımız yad edilib.