Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günü

     Fevralın 19-da məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım gününün 25 illiyi və “Tarixin qan yaddaşı” mövzusu ilə əlaqədar Azərbaycan dili müəllimi Sevinc Mustafayeva tərəfindən açıq dərs keçirilib. Açıq dərsdə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı, “Həqiqət” tarixi araşdırmaları İctimai Birliyi təsisçisi və Qarabağ qazisi general Əli bəy Əlövsət Qasımov, “Xocalı Soyqırım Tanıtma” İctimai Birliyi sədri Qarabağ qazisi Şamil Sabir oğlu, “Son söz” qəzetinin baş redaktoru Natavan Arif qızı və ailə üzvləri iştirak ediblər. Döyüş bölgəsində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin  keçdiyi ağır və məşəqqətli həyat yolu slayd vasitəsilə təqdim olunub. 45 dəqiqəlik açıq dərs çox geniş və hərtərəfli məlumatlarla sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi