"Qan yaddaşımız" mövzusunda dəyirmi masa

     Yanvarın 17-də məktəbin 6C sinfində “Qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının himni ilə başlanıb. 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Həlak olan 13 yaşlı şagird Larisa, İlham və Fərizə haqqında çıxışlar eşidilib. Sonra 20 yanvar faciəsinə həsr olunmuş kiçik bir fraqment göstərilib.Tədbirin sonunda Qönçə müəllimə çıxış edib. O qeyd edib ki, 20 yanvar faciəsindən 28 il ötməsinə baxmayaraq o məşəqqətli günlər hər birimizin yaddaşında əbədi olaraq həkk olunub.

     Bakının ən möhtəşəm yerində vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı, azadlığımızın və müstəqilliyimizin simvolu kimi bundan sonrakı nəsillərin qürur mənbəyidir. Lakin o gün təkcə faciə deyil, xalqımızın istiqlal yolunun ilk zirvəsi və azadlıq istəyinin oyanışı idi. Burada alovlanan məşəl əbədi olaraq heç vaxt sönməyəcəkdir. Çünki o öz alovunu şəhidlərin vətənə və azadlığa olan eşqindən almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi