Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15150615905a4e015610bc95.90911109.jpg)
Dekabrın 29-da məktəbin akt zalında 31 dekabr Dünya Azərbaycanlılkarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbdir keçirilib. Tədbirdən öncə şagirdlər arasında keçirilən rəsm müsabiqəsinə baxış keçirilib. Şagirdlərin əl işləri yüksək qiymətləndirilib. Siniflərin divar qəzetləri maraqla qarşılanıb.
Məktəbdə keçirilən tədbirdə iştirakçılar tərəfindən bildirilib ki, 31 dekabr 1989-cu il, SSRİ süqutunun dönəmində Arazın hər 2 sahilində yaşayan azərbaycanlıların Naxçıvanda İranla sərhədin tikanlı məftillərinin qırıb dağıtması, 2 totalitar dövlətin təzyiqinə baxmayaraq o taylı bu taylı millətin Araz qırağında birləşmə işləri olub. Azərbaycanlıların vahid millət olduğu Dünya miqyasında həmin gün canlanıb. Sadə vətəndaşların böyük əməli hesabına azərbaycanlıların birləşdiyi, xalqın birliyə, həmrəyliyə səs verdiyi o günü isə H.Əliyev tarixi günə çevirib. 1991-ci il dekabrın 16-sı Naxçıvan Muxtar Respublikasının Ali məclisinin Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi Günü haqqında qərarına imza atmaqla Ulu öndər xalqın yeni əsasını qoyub.