İlham Əliyev və Azərbaycan

     Dekabrın 25-də məktəbin 10-cu sinifləri möhtərəm prezidentimiz "İlham Əliyev və Azərbaycan" mövzusunda dəyirmi masa keçiriblər. Dəyirmi masaya məktəb müdiriyyəti və müəllimlər dəvət ediliblər. Dəyirmi masa iştirakçıları Azərbaycan Dövlət Himnini ifa etdikdən sonra ulu öndərimiz H.Əliyevlə bağlı slaydları izləyiblər. Məktəbin direktoru Leyla Baxşıyeva ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin apardığı uğurlu islahatlardan danışıb. Şagirdlər müasir dövrümüzdə baş verən mürəkkəb ictimai-siyasi vəziyyətdə Respublika Prezidentinin apardığı uğurlu islahatlardan ürəkdolusu söhbət açıblar. Ali Baş Komandanın ordu quruculuğundakı apardığı möhtəşəm işlər diqqətə çatdırılıb. Ordumuzun Aprel döyüşündəki qələbələri xüsusilə vurğulanıb. H.Əliyev Fondunun Prezidenti M.Əliyevanın ölkə islahatlarında cənab Prezidentə dəstək olması da qeyd edilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndiriblər. Tədbir iştirakçıları cənab Prezident İlham Əliyevə can sağlığı və gələcək işlərində uğurlar diləyiblər. Hər an, hər dəqiqə onu dəstəkləyəcəklərinə söz veriblər.

 

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi