"Hepatitin qarşısını al! Bu sənin işindir!" layihəsi

09 dekabr 2015-ci il tarixdə Nəsimi rayonu Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi tərəfindən "Hepatitin qarşısını al! Bu sənin işindir!" layihəsi çərçivəsində seminar keçirilmişdir. Layihənin məqsədi virus hepatitləri ilə yoluxmanın necə ciddi bir problem olmasını gənclərə çatdırmaq və virus hepatitləri ilə mütamadi mübarizə aparan gənc maarifçilər şəbəkəsinin formalaşdırılmasıdır. Tədbirdə şagirdlərə virus hepatitlərinin yoluxma yolları, onun törətdiyi fəsadlar və ondan qorunma yolları haqqında ətraflı məlumat verilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi