BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş dərs

  YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan məktəbimizdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş dərs keçirilib. İcmalı beynəlxalq təhsil mütəxəssisləri tərəfindən hazırlanmış BMT-nin 17 qlobal məqsədlərindən biri olan "Gender bərabərliyi" mövzusunda dərs məktəbin biologiya-kimya müəllimi Sahilə Əliyeva tərəfindən keçirilib. Keçirilmiş dərsin məqsədi “Gender bərabərliyi” mövzusunda şagirdlərdə sərbəst fikir yürüdərək,  adekvat düşünmə bacarığını inkişaf etdirmək, onlar vasitəsi ilə qlobal məqsədləri daha çox insana çatdırmaq, gender bərabərliyinin cəmiyyətin inkişafinda əhəmiyyəti haqqında düzgün fikir formalaşdırmaqdır. Şagirdlər “Dünyanın ən böyük dərsi” layihəsində "Gender bərabərliyinin" tərifini, "Gender bərabərsizliyinin səbəbləri və nəticələri", "Gender bərabərliyini necə təbliğ etməyi" mövzusunda müzakirə aparıblar. Açıq dərsdə məktəbin direktoru Leyla Baxşıyeva, TİPİİ-nin əməkdaşları Vüsalə Həsənova və Elçin Sərdarov iştirak ediblər. Təlimdən sonra bu cür "Açıq dərslər" in daha da inkişaf etdirilməsinə aid beynəlxalq təcrübəyə əsaslanan təkliflər verilib.

     Bu cür dərslərin təşkili nəticəsində şagirdlər qlobal məqsədlərin əhəmiyyətini dərk edərək, bu məqsədlərlə bağlı işlərdə daha fəal iştirak edəcəklər. Həmçinin belə mövzularda keçirilən dərslərin şagirdlərdə ətaf mühitə qarşı düzgün münasibət, ədalətlilik, qarşılıqlı hörmət, təhsilin imkanları, dayanıqlı inkişaf, digər bu kimi məsələlərlə bağlı qlobal düşüncələr və fəal vətəndaş mövqeyi formalaşdırılmasında rolu böyükdür. Belə mövzularda təşkil olunan dərslər məktəblilərdə yeni ideyaların və təşəbbüslərin yaranmasına təkan verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi