Məktəbdə seminar keçirilib

    Dekabrın 20-də məktəbdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatının “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda layihə üzrə seminar keçirilib. Seminarda Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon bölməsinin sədr müavini Əliyeva İlahə xanım məktəbimizin VIII-X sinif şagirdləri ilə maarifləndirmə işi aparıb. İlahə xanım Cəmiyyətin yaranması, onun rolu, xeyirxah missiyası barədə danışıb. Daha sonra insan alveri, həddi-büluğa çatmayan uşaqların istismarı, xarici təhsil və iş adı altında aldadılıb aparılan gənclərin üzləşdikləri çətinliklər barədə ətraflı məlumatlar verib. Şagirdlərlə xaricdə olarkən səfirliklərimizlə əlaqə saxlamağı, qanuni sənədləri tələb etmək hüquqlarının olması barədə maarifləndirici söhbət aparıb. Məktəbin müəllim və şagird kollektivi bu söhbətdən məmnun qalıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi