Kənd təsərrüfatı sərgisi

1 noyabr Kənd təsərrüfatı işçiləri günü münasibətilə 30 oktyabrda Nəsimi rayonu Yusif Mirzəyev adına tam orta məktəbdə tədbir keçirildi. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixliSərəncamına və “2016-2025-ci illərdəmədəni bitkilərin genetic mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramına uyğun olaraq Azərbaycanda aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktədlilərin fəal iştirakını təmin etmək və bu sahədə bilik və bacarıqlarının genişləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmrin icrasını təmin etmək məqsədilə məktəbdə kənd təsərrüfatı günü təşkil olundu. Bu tədbirdə məktəbimizin direktoru Samirə xanım Əkbərova tədbir haqqında ətraflı məlumat Verdi. Sonra isə söz qonaqlara verildi. Sonda sagirdlərin hazırladığı “Kənd təsərrüfatı sərgisi”nə baxış keçirildi. Bu məktəbimizin kənd təsərrüfatına nə qədər dəyər verdiyini göstərir.Tədbirdə Ziyad Səmədzadə-Azərbaycan Respublikası Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri,Fənarə Dilbazi-Kənd təsərrüfatı nazirliyinin baş məsləhətçisi də iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi