“Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”!

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bu fikirlər 44 nömrəli məktəbdə keçirilən tədbirdə də səsləndirilib . Tədbirdə məktəbin direktoru S.Əkbərova şagirdlərə öz tövsiyyələrini bildirdi. Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini təşkilatçı Q.Cəfərova, məktəbdə şagirdlər arasında təbliğatın genişləndirilməsinin vacibliyinə toxunub. Bildirib ki, məktəbdə müstəqillik mövzusunda inşa və rəsm müsabiqəsi keçirilib. 8 A sinif şagirdi Ş. Məmmədovun çəkdiyi rəsm müsabiqədə diqqəti daha çox cəlb edib. Tədbirdə “18 Oktyabr Müstəqillik günü”nə aid slaydlar göstərilmiş,səhnəciklə,şer parçaları səslənmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi