Milli Bayraq günü!

Bu gün Azərbaycanda ilk dəfə Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev: "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Ötən il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bu fikirlər 44 nömrəli məktəbdə keçirilən tədbirdə də səsləndirilib .Tədbirdə məktəbin direktoru S.Əkbərova şagirdlərə öz tövsiyyələrini verərək onları hərbi ruhda yaşamağa, dövlət bayrağını göz bəbəyi kimi qorumağa çağırıb.Tədbirdə Mübariz İbrahimov adına ”Gənc Nəqliyyatçılar” klubunun təsisçisi və sədri Fuad Rəsul, “Simurq” Mədəniyyət Assosiasiyası prezidentinin köməkçisi Azərbaycan Dövlət Elmi Tibb Kitabxanasının Həmkarlar komitəsi sədri “Dünya” Ana və Uşaq İctimai birliyinin icraçı direktoru İ.Əliyeva, Rayon Gənclər və İdman İdarəsinin direktor müavini Şahmar, Nəsimi royonu 21-ci polis bölməsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbəsinin rəisi polis mayoru T.Musayev.və s. qonaqlar iştirak etdilər. Tədbirin gözəl hissələrindən biri də “Karvan” qrupunun solistlərinin çıxışı oldu. Öz axarlığı ilə məktəbin fəal və istedadlı şagirdlərinin bir-birindən maraqlı səhnəcikləri, şer nümunələri ürəkləri riqqətə gətirirdi.Tədbirin sonunda müsabiqədə fəal iştirak edən şagirdlərə fəxri fərman və müxtəlif mükafatlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi