Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar dəyirmi masa

   Dekabrın 12-də məktəbin X″B″sinfində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Dəyirmi masa Azərbaycan Respublikası himninin səslənməsi və oxunması ilə başlanılıb. Daha sonra Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İlk söz məktəbin direktoru Leyla Baxşıyevaya verilib. Leyla xanım Heydər Əliyev şəxsiyyətinin ucalığından, onun xalqımız və Vətənimiz qarşısındakı xidmətlərindən danışıb. Daha sonra Ulu öndərin keçdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx nümayiş olunub. Onlar bir daha vurğulayıblar ki, Heydər Əliyev xalqın, millətin özüdür, Vətənin özüdür! Neçə ki, xalqımız var, Heydər Əliyev xalqının ürəyində yaşayacaq.

     Dəyirmi masada bir-birindən maraqlı şeirlər söylənilib. Heydər Əliyev siyasi kursunun davamçısı sayılan Respublika Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevaya öndərin uğurlu işini davam etdirdikləri üçün can sağlığı və uzun ömür arzulanılıb. Sonda şagirdlərimiz Vətənimiz naminə yaşayıb-yaradacaqlarına, Heydər Əliyev ideologiyasına daima sədaqətli olacaqlarına and içiblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi