“Müstəqilliyimiz əbədidir.”

18 oktyabr Azərbaycanın milli Müstəqillik günüdür. Bu gün Nəsimi rayonu Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbdə müstəqillik gününə həsr olunmuş tədbir keçirildi. Bu tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı digər qonaqlar da iştirak edirdi. Tədbirdə məktəbimizin şagirdləri Azərbaycanın Müsatəqilliyi ilə əlaqədar izləyicilərə məlumatlar verdilər. Bununla bərabər şagirdlər həm də müxtəlif şerlər deyir, mahnılar ifa etdilər. Tədbirdə həmçinin kiçik bir səhnəgik də göstərildi. Bu səhnəcikdə məktəbimizin iki şagirdi ata və oğulu canlandırırdılar. Səhnəcikdə oğulun atasından hədiyyə olaraq bayraq istəməsi onun nə qədər vətənpərvər övlad olduğunu göstərir. Ata da oğlunun bu qədər vətənpərvər olduğu üçün həm qürur duyur, həm də çox sevinir. Bu səhnəciyin məqsədi bizim gənc nəslin nə qədər vətənpərvər olduğunu göstərmək idi. Tədbirin sonunda qonaqlar 18 oktyabr haqqında danışmış, məktəbin müəllim və şagird kollektivinə başda məktəbin direktoru Əkbərova Samirə xanım olmaqla öz dərin təşəkkürlərini bildirdilər. Bu kimi tədbirlər hər il məktəbimizdə keçirilir. Bu tədbirlər şagirdlərə vətənpərvərlik ruhunu aşılamaqda kömək edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi