“Milli musiqimizin inkişafında Bülbülün rolu” mövzusunda dəyirmi masa

Dekabrın 7-də 9A sinfində “Milli musiqimizin inkişafında Bülbülün rolu” mövzusunda dəyirmi masa keçirilib. Şagirdlərin fəallığı ilə keçən müzakirədə əsl adı Murtuza Məmmədov olan Bülbülün həyat və musiqi fəaliyyətinin Azərbaycan mdniyyətində rolu haqqında danışılıb. Bülbülün ifa etdiyi romanslar və xalq mahnıları şagirdlər tərəfindən maraqla dinlənilib. Sözləri N.Gəncəvi, bəstəsi Ü.Hacıbəyliyə aid olan romanslar Bülbül tərəfindən xüsusi ustalıqla ifa edilməsi nəinki Azərbaycan musiqisində, həmçinin dünya miqyasında xüsusi yer tutur.