"Bülbülün 120 illik yubileyi ilə bağlı" tədbir

   Məktəbin 7A sinfində böyük bəstəkar-müğənni "Bülbülün 120 illik yubileyi ilə bağlı" tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Baxşıyeva dahi bəstəkarın keçdiyi ömür yolu haqqında məlumat verib. Sonra şagirdlər Bülbülün yaradıcılığı haqqında geniş şəkildə danışıblar.

   Azərbaycanın-Qarabağın konservatoriyası Şuşa şəhərinin tarixi haqqında məlumatlar verilib. Şuşanın erməni qəsbkarları tərəfindən işğal olunması xüsusilə vurğulanıb. Bir-birindən maraqlı şeirlər söylənilib, mahnılar oxunub, rəqslər edilib. Dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” komediyasında Əsgər rolunun ifaçısı olan Bülbülün mahir aktyor olmasını göstərən səhnəcik oynanılıb. Ulu öndərimiz Heydər Əliyevin Bülbül yaradıcılığına verdiyi qiymət, dövlətimizin sənət və sənətkarlara qayğısı kimi qeyd edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi