Şəhid anası ilə görüş

     Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban verib.

    Mikayıl Atababa oğlu Əliyev də Xocalı şəhididir. O, 1968-ci il yanvarın 6-da Bakı şəhərində anadan olub. Hərbi xidmətini 1988-ci ildə Gürcüstanda başa vurub. Könüllü olaraq 1992-ci ildə Xocalıda hərbi dəstəyə qatılıb, fevralın 25-dən 26-na keçən gecə Xocalı uğrunda qeyri-bərabər döyüşdə şəhid olub.

     VI"B”sinif şagirdləri, sinif rəhbəri, tərbiyə işləri üzrə direktor müavini, valideynlər şəhid Mikayıl Əliyevin ailəsini ziyarət ediblər. Şəhid anası Gülnisə xanım Mikayılın uşaqlıq, məktəb illərindən, Vətənə, ailəsinə olan məhəbbətindən, qəhrəmanlığından danışıb. Şagirdlər ananın oğlunun adına inşa etdirdiyi bulağın qarşısında şeir söyləyib, bulağın önünə qərənfillər düzüblər. Şəhid anasının üzündə təbəssüüm görmək şagirdləri çox sevundirib. Bütün şəhidlərə rəhmət diləyir, şəhid valideynlərinə səbr arzulayırıq.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi