Biologiya müəllimi "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb
Sənətinin mahir ustası kimi tanınan Sahilə Əliyeva Nəsimi rayonunun qabaqcıl təhsil ocaqlarından biri sayılan 44 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyir. Sahilə müəllimə pedaqoji elmin ən yeni nailiyyətlərini, müasir təcrübəni mənimsəyərək öyrəndiklərini öz işində yaradıcılıqla tətbiq edir. Əliyeva Sahilə Vahid qızı Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb. Sahilə müəllimə öz işlərinə daha yaradıcı yanaşmasına görə bir daha 21 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəğbətləndirilərək "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. Bu, Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin uğurudur.