Məktəbdə "dəyirmi masa" keçirilib

12 noyabr Konstitusiya günü xalqımızın həyatında çox önəmli günlərdən biridir. Ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu və həyata keçirilməsində çox böyük işlər görmüşdür. 17 noyabr Azərbaycan Respublikasının Milli Dirçəliş günü ilə birlikdə 12 noyabr Konstitusiya günü münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masada iştirak edən məktəbin ibtidai sinif müəllimi Şəhla Bağırova qeyd edib ki, Ümummilli lider H.Əliyev siyasətinin uğurlu davamçısı olan Respublika Prezidenti cənab İlham Əliyev müstəqil Azərbaycanımızın çiçəklənməsi, dünya arenasında tanınması, ordu quruculuğunda misilsiz xidmətlər göstərmiş və göstərməkdədir. Daha sonra şagirdlərin ürəkdolusu ifa etdiyi şeirlərdə Vətənimizə olan məhəbbət öz əksini tapıb.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi