Məktəbin VII sinif şagirdləri Bülbülün Memorial Muzeyində olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15101361385a02d94aa67a02.05622861.jpg)
Bütün zamanların nəğməkarı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni, professor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) 100 illik yubileyi münasibətilə noyabrın 8-də məktəbin VII sinif şagirdləri Bülbülün Memorial ev muzeyində olublar. Bülbülün həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Sonda xatirə şəkillərini çəkdiriblər. Muzey rəhbərliyi ziyarət iştirakçılarına müğənninin 100 illiyinə həsr olunmuş “Bülbül bütün zamanların nəğməkarı” adlı kitabını hədiyyə edib.